Bakıda 9 mərtəbəli ev yanıb 

12:06 26.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda yaşayış binası yanıb.

FHN-dən hafta.az-a verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 95 m² olan mənzilin eyvanında ev əşyaları 9 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.